Köçürməyə son!
Yoxlama işi zamanı professor Floyd bəzi tələbələrin bir-birinə kağız ötürdüyünü hiss etdi. Əvvəlcə o hamıya iki yazmaq istədi, lakin həmin gün professor rəhimli idi, tələbələri köçürənlər və köçürməyə verənlər olmaqla iki qrupa ayırmaq və yalnız birincilərə iki yazmaq qərarına gəldi.
Professorda bir-birinə kağız ötürən bütün tələbə cütlüklərinin siyahısı var. O tələbələri elə iki qrupa ayıra bilər ki, bir qrupun tələbəsinin digər qrupdan olan tələbə ilə istənilən bir-birinə kağız ötürməsi həyata keçmiş olsun?
Giriş verilənləri
İlk sətirdə tələbələrin və bir-biri ilə kağız dəyişdirən tələbə cütlüklərinin sayını ifadə edən iki n və m (1 ≤ n ≤ 100, 0 ≤ m ≤ (n * (n - 1)) / 2) ədədləri verilir Sonra m sətirdə tələbə cütlərinin təyini verilir: bir-birinə kağız ötürən tələbələrin nömrəsinə uyğun gələn iki müxtəlif ədəd (tələbələrin nömrələndirilməsi 1-dən başlayır). Hər bir tələbə cütlüyü bir dəfədən çox olmayaraq verilir.
Çıxış verilənləri
Professor Floydun məsələsinin cavabını vermək lazımdır. Tələbələri iki qrupa ayırmaq olarsa, "YES", əks halda "NO" verməli.