Birləşdirməkə sıralama
Tau Kitada diş fırçası istehsal edən zavodda istehsalın yeniləşdirilməsi üçün zavoda xidmət edən robotların siyahısının yenidən yazılması qərarı alındı. Hər bir robotun iki nömrəsi var: əsas və əlavə. Yeni siyahı növbəti qaydalara cavab verməlidir:
Əgər bir robot yeni siyahıda digərindən əvvəl gələrsə, onda birincinin əsas nömrəsi ikincidən kiçik və ya bərabərdir.
Əgər robotların əsəs nömrələri bərabərdirsə, onlar cari siyahıdakı ardıcıllıqda yerləşirlər.
Tay Kityanlar Sizdən bu siyahını köçürməyi xahiş etdilər. Təşkilatın yeniləşdirilməsinə kömək edin!
Giriş verilənləri
Giriş faylının ilk sətrində zavoddakı robotların N (1 ≤ N ≤ 100000) sayı verilir. Hər bir növbəti sətirdə növbəti robotun əsas və əlavə nömrəsini ifadə edən 2 ədəd verilir. Hər iki nömrə mənfi deyil və 10^9-u aşmır.
Çıxış verilənləri
N sətir verin, i-ci sətir yeni siyahıda i-ci robotun əsas və əlavə nömrəsinı ifadə edən 2 ədəd ehtiva edir.