Dəyişdirmə
Çox asan
Zaman limiti 1 saniyə-dir
Yaddaş məhdudiyyəti 128 meqabayt
Milad gecəsi pəncərənin qarşısında soldan sağa olmaqla üç gül: ətirşah, krokus və bənövşə düzülmüşdür. Maşa hər səhər pəncərəni silir və sağda dayanan güllə ortadakı gülün yerini dəyişdirirdi. Tanya isə axşamlar gülləri sulayır və soldakı və ortadakı güllərin yerini dəyişdirirdi. k-cı günün gecəsində güllərin düzülmə ardıcıllığını müəyyənləşdirmək tələb olunur.
Giriş verilənləri
Birinci sətirdə testlərin sayı - t (1 ≤ t ≤ 12), sonrakı t sətrin hər birində isə günlərin sayı - k (1 ≤ k ≤ 1000) verilir.
Çıxış verilənləri
Çıxışa hər birində k-cı günün sonunda güllərin düzülmə ardıcıllığını təsvir edən (soldan sağa) "G", "C" və "V" (aralarında boşluq işarəsi olmamaqla böyük hərflər) kimi üç latın hərfi olan t sayda sətir verilir. İşarələmələr: G – ətirşah, C – krokus, V – bənövşə.
Nümunələr
Giriş #1
Çıxış #1
Təqdimatlar 21K
Qəbul dərəcəsi 46%