Bəzən siz özünüzü ətrafdakılara ekstrasens kimi göstərmək istəyirsiniz. Yəqin ki, uşaqlara sizin nə qədər çox bildiyinizi və bacardığınızı nümayiş etdirmək istəyirsiniz. Düşünülmüş ədədin tapılması insanları özünüzə istiqamətləndirmək üçün gözəl fokusdur.
Təlimat
Kimdən isə üç rəqəm fikirləşməsini xahiş edin (mütləq rəqəm, ədəd deyil).
Sonra ondan xahiş edin ki, birinci fikirləşdiyi rəqəmi 2-yə vursun və alınmış nəticənin üzərinə 3 əlavə etsin. Bundan sonra alınmış ədədi 5-ə vursun.
Bundan sonra allınmış ədədə ikinci fikirləşdiyi rəqəmi əlavə etsin və cəmi 10-a vursun.
Yeni alınmış ədədə üçüncü fikirləşdiyi rəqəmi əlavə etsin.
Ondan alınmış ədədi söyləməsini xahiş edin.
Elə görünüş yaradın ki, sanki siz fikirləşirsiniz (lakin çox fikirləşməyin). Bununla bərabər, söylənmiş ədəddən 150 çıxın. Nəticənin birinci, ikinci və üçüncü rəqəmlərinin oyunçunun fikirləşdiyi rəqəmlər olduğu alınacaq.
Giriş verilənlərində tək sətirdə şagirdin söylədiyi ədəd verilir.
Çıxış vaylında şagirdin fikirləşdiyi boşluqla ayrılmış üç rəqəmi verməli.