Axtarış maşını böyük mətində sözləri sürətli axtarmaq üçün nəzərdə tutulub. Bu məsələdə verilmiş dəstdən olan bütün sözlərin mətndə rast gəlindiyi sətirlərin nömrəsini verən axtarış maşınının xüsusiyyətini reallaşdırmaq tələb olunur.
İlk sətirdə sözlər ardıcıllığı verilir. Növbəti sətirlərdə isə mətn verilir. Sözlər latın əlifbasının hərflərini ehtiva edir. sözlər bir birindən latın əlifbasından olmayan hər hansı bir simvolla və ya yeni sətrə keçid simvolu ilə ayrılır.
Baş və kiçik latın hərifləri fərqləndirilmir. Ardıcıllıq 10 simvoldan çox deyil. Sözlərin uzunluğu 1 simvoldan az və 30 simvoldan çox deyil. Mətndəki sətirlərin sayı 250-dən, müxtəlif sözlərin sayı 10000-dən çox deyil. Sətirlər 32-dən 255-ə qədər kodlu simvollar ehtiva edir. Faylın ölçüsü 3 Mb-ni aşmır.
Giriş faylına məsələnin şərtini ödəyən sətirlərin nömrələrini artma ardıcıllığı ilə verməli.