Olimpiada iştirakçılarının sayı
Məlum olduğu kimi, qədim yunan alimi Pifaqor, onun neçə şagirdi var, sualına belə cavab verir: “Şagirdlərimin yarısı riyaziyyatı öyrənir, dörddə biri təbiəti öyrənir, yeddidə biri vaxtını susub düşünməklə keçirir, qalan hissəsi isə 3 qızdır”.
Olimpiadanın məsul katibi, “İnformatika üzrə olimpiadada neçə nəfər iştirakçı qeydiyyatdan keçib?” sualına Pifaqorsayağı belə cavab verir: “İştirakçıların k-cı hissəsi birinci məsələni həll etməyə başlayıb, m-ci hissəsi – ikincini, n-ci hissəsi isə üçüncü məsələni həll etməyə başlayıb. Eyni zamanda bu vaxt d sayda iştirakçı ”Nədən başlamalı?” problemini həll edir. Sizin vəzifəniz olimpiada iştirakçılarının s sayını müəyyənləşdirmək və ya məsul katib səhv edibsə , çıxışa -1 verməkdir.
Giriş verilənləri
Yeganə sətirdə aralarında boşluq işarəsi olmaqla k, n, m, d (1 ≤ k, n, m, d ≤ 1000) ədədləri verilir.
Çıxış verilənləri
Çıxışa olimpiada iştirakçılarının s sayını və ya katib öz məlumatında səhv edibsə, -1 verməli.