Reçuyska şəhərinin meri arzuolunmaz sözlərin isitfadəsinə görə cərimə etmək tapşırığı verdi və bu sözlərin siyahısını hər birinin cərimə ölçüsü ilə elan etdi. Bütün bu sözlər "I", "N", "W" hərflərindən ibarətdir.
Kimsə açıq olan uzunluğu N (N ≤ 100) lövhədən ibarət hasar qurur. Üzərilərində "I", "N" və ya "W" hərflərindən biri yazılmış lövhələr vardır. Alınmış hasar üzərində yuxarıda göstərilmiş hərfləri ehtiva edən yazı olacaq. Hər hansı bir ardıcıl gələn (soldan sağa oxuyarkən) hərflərdən ibarət hər bir arzuolunmaz söz üçün cərimə ödəmək lazım gələcək, bununla belə, bu söz hasarda rast gəldiyi qədər cərimə olunacaq.
Məsələn, əgər qadağan olunan söz IN olarsa, cərimə 1 manat və WIWI olarsa, cərimə 100 manat olarsa, onda WIWIWINI hasarı qurularsa, cərimə 201 manat olar.
Lövhədəki ardıcıllığı təyin etmək üçün elə proqram yazmaq tələb olunur ki, cəriməsi minimal olsun.
Məhdudiyyət
Cərimələr Reçuyska manatı ilə ifədə olunur və 1-dən 100-ə qədər tam ədədlərlə verilir.
Qadağan olunan sözlərin sayı ≤ 50.
Qadağan olunan sözlərin uzunluğu ≤ 6 simvoldur.
Giriş verilənləri faylının ilk sətri hasarın N uzunluğunu, ikinci sətri isə merin siyahısındakı sözlərin M sayını ehtiva edir. Növbəti M sətrin hər birində arzuolunmayan söz və boşluqdan sonra cərimənin uyğun qiynəti verilir. Hər bir söz cütlüyü müxtəlifdir və yalnız latın əlifbasının böyük "I", "N" və ya "W" hərflərini ehtiva edir.
Giriş verilənləri düzgündür.
Çıxış verilıənləri
Çıxış verilənləri faylının yeganə sətrində minimal cərimənin qiyməti verilməlidir.