Tank strategiyası naməlum müsabiqəsində tankların döyüşünü müşahidə edərək Vasya müəyyən etdi ki, neçə rəqibin eyni zamanda oyunçunun tankını hədəf alması böyük əhəmiyyət kəsb edir. Lakin başlanğıc üçün Vasya n tank arasında müxtəlif mümkün döyüşlərin sayının nə qədər olmasını saymaq istəyirdi. Belə ki, Vasya üçün bu çox mürəkkəb məsələdir, Siz ona kömək etməyə çalışmalısınız: tankların sayına görə, onların öz aralarında neçə müxtəlif çür döyüş keçirə biləcəklərini təyin edəcək proqram yazın. Döyüş kimi n tankın hər birinin rəqibin bir tankını hədəf məqsədi ilə seçməsini başa düşəcəyik; bu döyüşlərdə bütün tanklar digər tanklar üçün (təbii ki, özlərindən başqa) rəqib sayılırlar. Hesab edəcəyik ki, tankın hədəf seçməsi hər hansı bir vəziyyətdən: rəqiblərin tankları arasındakı məsafədən, qüllənin dönmə bucağından və s. asılı deyil. Aşağıda n=4 halı üçün döyüş nümunələrindən biri verilmişdir.
Tankların sayını ifadə edən n (1 ≤ n ≤ 16) ədədi verilir.
Məsələnin cavabı olan n natural ədədi.