Klaviatura
Hamıya məlumdur ki, klaviatura bir müddətdən sonra aşınır və ondakı klavişlər batmağa başlayır. Əlbətdə ki, belə klaviaturanı bir müddət istifadə etmək olar, lakin klavişin basılması üçün böyük güc sərf etmək lazım gəlir.
Klaviaturanı hazırlayan zaman hər bir klaviş üçün onun basılma sayı verilir. Əgər bu kəmiyyətləri istifadə olunan klaviatura üçün biləriksə, onda klavişlərin müəyyən ardıcıllıqda basılmasından sonra müəyyən etmək olar ki, onlardan hansı istifadə prosesində sınacaq, hansı sınmayacaq.
Verilmiş variantda klaviaturanın istifadəsi prosesində hansı klavişlərin sınacağını təyin etmək tələb olunur.
Giriş verilənləri
İlk sətirdə klaviaturadakı klavişlərin n (1 ≤ n ≤ 100) sayı verilir. İkinci sətirdə n sayda c[1]
, c[2]
, ..., c[n]
tam ədədləri verilir, burada c[i]
(1 ≤ c[i]
≤ 100000) i-ci klavişin basıla bilmə sayını ifadə edir. Üçüncü sətirdə basılmış klavişlərin ümumi sayını ifadə edən k (1 ≤ k ≤ 100000) tam ədədi, sonuncu sətirdə isə basılmış klavişlər ardıcıllığını ifadə edən k sayda p[j]
(1 ≤ p[j]
≤ n) tam əddələri verilir.
Çıxış verilənləri
Klavişlərin vəziyyəti haqqında informasiya ehtiva edən n sətir verməli. Əgər i-ci klaviş sınarsa, onda i-ci sətirdə "yes" (dırnaqsız) sözünü verməli, klaviş işəyararlıdırsa "no" sözünü verməli.