Sevimli fillər
Hindistanın kəndlərindən birində müəllim oğlan Manmoxandan xahiş etdi ki, kənddəki fillərin sayını hesablasın. Manmoxan kənddəki bütün filləri saydı və o ikirəqəmli n ədədini aldı. Lakin cavabı müəllimə söyləməkdənsə, Manmoxan bir az zarafat etmək qərarına gəldi. Bunun üçün Manmoxan alınmış ədəddən onun rəqəmlərinin cəmini çıxdı, nəticəni 9-a böldü (bu zaman nəticənin kəsr hissəsini atdı), alınmış ədədi 1 vahid artırdı, sonra alınmış ədədin sonuna cari n ədədinin sonuncu rəqəmini yazdı və nəticədən 10 çıxdı. Sonda nə alındısa müəlliminə söylədi.
Manmoxanın bütün hiyləgərliyinə baxmayaraq, müəllim alınmış ədədə görə kənddəki fillərin sayını müəyyənləşdirə bildi. Siz də bunu təyin edin.
Giriş verilənləri
Proqram girişdə Manmoxanın əldə etdiyi ədədi alır.
Çıxış verilənləri
Proqram kəddəki fillərin sayını hesablamalıdır.