Seryojanın yeni oyunu
Dərslərindən üç alan Seryoja tez-tez əlaçı Vasyadan onun da ev tapşırığını həll etməyi xahiş edirdi. Lakin Vasya nə qədər səy göstərsə də o hər şeyi ani vaxtda yerinə yetirə bilməzdi və çox gözləmək də Seryojanı darıxdırırdı. Bu yaxınlarda o, vaxtı qısaltmaq üçün yeni bir oyun quraşdırdı.
O, koordinat sistemi bərkidilmiş ağ masa üzərinə əvvəlcə qara, onun üzərinə də bir ədəd ağ kağız vərəqi qoyur və o, altdakı vərəqin bir hissəsini örtə də bilir. Vərəqlər düzbucaqlı şəklindədir və tərəfləri koordinat oxlarına paralel qoyulur. Sonra oğlan müstəvi üzərində bir nöqtə seçir. Əgər onun seçdiyi nöqtə qara kağız üzərinə düşərsə demək o darıxmır, əks halda isə onun kefi pozulur.
Müəyyən edin görək, Ceryoja darıxır, ya yox.
Giriş verilənləri
Əvvəlcə klaviaturadan qara vərəqin sol yuxarı, sonra da sağ aşağı küncünün, daha sonra isə müvafiq qaydada ağ vərəqin də uyğun künclərinin koordinatları və axırda isə seçilən nöqtənin koordinatları verilir. Bütün koordinatlar mütləq qiymətcə 1000-i aşmayan tam ədədlərdir.
Çıxış verilənləri
Seryojanın kefi pozulursa, proqram çıxışa "SAD", əks halda isə "HAPPY" versin. Nöqtə sərhəddə düşəndə Seryoja onu qaraya düşmüş sayır, çün ki, o darıxmağı sevmir.