Hündürlük
Tanışınız fermer Vasif torpaq sahəsi almaq istəyir. Lakin onun bu sahə ilə bağlı müəyyən tələbləri var. O istəyir ki, yazda ərimiş qardan gələn su sahənin heç bir yerində yığılmasın. Suyun axması üçün yalnız bir şərt var: sahənin heç bir nöqtəsi hər tərəfdən daha yüksək yerlərlə əhatə olunmamalıdır.
Tanışınıza kömək etmək üçün, sahənin nöqtələrinin verilmiş hündürlüklərinə əsasən, ərimiş suyun yığılıb-yığılmayacağını müəyyən edən bir proqram yazmağa qərar verdiniz. Tapşırıq çətin olsa da, Vasifə proqram mümkün qədər tez lazımdır. Buna görə də, siz tapşırığı sadələşdirərək onun üçün tez bir həll yazmağa qərar verdiniz. Hündürlüklərin müstəvidə analiz edilməsi əvəzinə, sahədən keçən hər hansı bir düz xətt boyunca hündürlükləri analiz etməyə qərar verdiniz. Bundan əlavə, proqramın ilk versiyasının tam olaraq 5 nöqtədəki hündürlükləri analiz edəcəyinə qərar verdiniz.
Giriş verilənləri
Giriş məlumatları beş sətirdə 1 ilə 100 arasında bir tam ədəd verir.
Çıxış verilənləri
Əgər bu ədədlər arasında yalnız bir maksimum varsa və digər hər bir ədəd onunla maksimum arasında duran bütün ədədlərdən kiçikdirsə, "yes" çıxarın. Əks halda "no" çıxarın.