Vektorlar üzərində əsas əməliyyatlar
Müstəvi üzərində iki üst-üstə düşməyən nöqtə verilir, növbəti hesablamaları aparmaq tələb olunur:
Əvvəli birinci və sonu isə ikinci nöqtə olan vektoru
Ona uyğun normallaşdırılmış vektoru
Birinciyə istiqamətlənmiş və uzunluğu verilmiş vektoru
Birinci vektorun saat əqrəbi istiqamətində 90º döndərilməsindən alınan vektoru
Birinci vektorun saat əqrəbininn əks istiqamətində 90º döndərilməsindən alınan vektoru
Giriş verilənləri
İlk iki sətir verilmiş nöqtələrin koordinatlarını ehtiva edir. Üçüncü sətirdə məsələnin üçüncü bəndində qurulması lazım gələn vektorun uzunluğunu ifadə edən natural ədəd verilir. Girtiş faylındakı bütün ədədlər modulca 1000-i aşmır.
Çıxış verilənləri
Çıxış faylının ayrı-ayrı sətirlərində məsələnin hər bir bəndinə uyğun vektorların koordinatlarını 10^{-4 }dəqiqliyi ilə verməli.