Bölünmüş düzbucaqlı
Müstəvi üzərində düzbucaqlı çəkdilər, sonra onu düz xətlərlə böldülər. Düzbucaqlının kəsilmiş hissələrindən neçəsinin üçbucaq formasında olduğunu hesablayan proqramı tərtib edin.
1-ci nümunədəki giriş və çıxış verilənlərinə uyğun şəkil
Giriş verilənləri
Əvvəlcə düzbucaqlının sağ üst koordinatlarını ifadə edən X, Y koordinatları verilir. Düzbucaqlı koordinat sistemində elə yerləşib ki, sol alt küncünün koordinatı 0, 0-dır və tərəfləri koordinat oxlarına paraleldir.
Sonra kəsiklərin sayını ifadə edən N (1 ≤ N ≤ 200) tam ədədi verilir. Sonra kəsiklərin özləri verilir. Bütün kəsiklər düz xətlər boyunca edilmişdir. Hər bir kəsiyə uyğun düz xətt elə üç A, B, C ədədləri ilə verilir ki, bu düzxəttin bütün (x, y) nöqtələri Ax+By+C=0 (bu zaman həmişə A^2+B^2 > 0) tənliyini ödəmiş olsun.
Bütün daxil edilən ədədlər (N-dən başqa) həqiqi ədədlərdir və onluq nöqtədən sonra iki işarə ilə verilir və 10^4-ü aşmır. Heç bir iki düzxətt bir biri ilə üst-üstə düşmürlər və düzbucaqlının tərəfini saxlamırlar. Hər bir kəsik cari düzbucaqlının daxili nöqtələrindən keçirlər.
Çıxış verilənləri
Cari düzbucaqlının üçbucaq formasında hissələrinin sayını ifadə edən yeganə ədədi verməli.