Qırmızı və mavi kvadratlar
Petya və Vasya "Fiqurların perimetri və sahəsi" mövzusunda yoxlama yazı işinə hazırlaşırdılar. Petya damalı vərəqin bəzi damalarını mavi boya ilə rəngləməklə həndəsi fiqur çəkir, Vasya isə alınan fiqurun perimetrini hesablayır və qırmızı boya ilə maksimum sayda kvadratları elə çəkir ki, yeni yaranan fiqurun perimetri əvvəlki kimi qalsın.
Mavi boyanmış kvadratların verilmiş koordinatlarına görə yeni yaranan fiqurun perimetrinin dəyişməməklə qırmızı rənglə çəkiləcək maksimum sayda kvadratların sayını tapan proqramı yazın.
Giriş verilənləri
Birinci sətirdə mavi kvadratların sayı olan n (0 < n < 40404) ədədi yerləşir. Sonra hər birində iki ədəd - mavi kvadratların sol aşağı gücünün x, y (-101 ≤ x, y ≤ 101) koordinatları olan n sətir gəlir.
Hər bir mavi kvadrat heç olmasa bir mavi kvadratla ən azı bir ortaq nöqtəyə malikdir. Mavi kvadratlardan yaranmış fiqur əlaqəlidir.
Çıxış verilənləri
Bir ədəd-qırmızı kvadratların sayı.