Təmir
Sizin sevimli dayınız - firma direktoru, ofislərində avrotəmir edir. Maliyə-iqtisadi krizis səbəbindən dayınız öz müəssisəsini optimallaşdırma qərarına gəlir.
Çoxdandır söhbət gəzir ki, dayınızın firmasının briqadiri artıq sayda tikinti materialı alır, qalan hissəsini öz bağ evinin təmirinə sərf edir. Dayınız uzunluğu l мetr, eni - w və hündürlüyü - h olan və bir bankanın 16 m^2
kifayət edəcəyini bilərək (qapıların və pəncərələrin ölçüsünü nəzərə almadan) ofisin divarlarını rəngləmək üçün neçə banka rəng lazım gələcəyini müəyyənləşdirmək istəyir. Sifarişlərin sayının çox olduğunu nəzərə alaraq dayı proqram yazmanızı xahiş edir.
Giriş verilənləri
Birinci sətirdə sifarişlərin sayı verilir. Hər bir sifariş 1000-dən böyük olmayan natural ədədlərlə verilir: l, w, h - uyğun olaraq ofisin uzunluğu, genişliyi və yüksəkliyi (metrlə).
Çıxış verilənləri
Hər bir sifariş üçün ayrı sətirdə ofisi rəngləmək üçün lazım olan bankaların sayını verməli.