Vasya kəsrləri öyrənir
İnsan kəsrə oxşayır, surət onun yediyidir,
məxrəc isə özü haqqında düşündüyüdür.
Məxrəc nə qədər böyük olarsa, kəsr bir o qədər kiçikdir.
L.N.Tolstoy
Vasya məktəbə getməməkdə davam edirdi, ona görə yox ki, o oxumaq istəmirdi, o səbəbə görə ki, ora onu heç kəs dəvət etməmişdir...
Və indi Vasya sərbəst kəsrlərlə tanış olmağa başlamışdır, lakin onların öyrənilməsi məktəbdə canlı uşaqlara öyrədilməsindən köklü şəkildə fərqlənirdi. Vasya kəsrləri dərhal onluq ədədlərlə öyrənməyə başladı. Belə ki, sadə kəsrlərin nə olduğunu hələ ona heç kim başa salmamışdır.
Ona yenə də əvvəlki məsələyə oxşayan məsələni həll etmək müyəssər olmamışdır: ən böyük ədədin ilk dəfə rast gəlindiyi sətrin nömrəsini tapmalı. Lakin bu dəfə emal olunan sətirdə həm tam ədədlər, həm də kəsr ədədləri ola bilər.
Giirş verilənləri
Giriş faylında əvvəlkində olduğu kimi, gərəksiz ədədlər yöğını verilir, ədədlər boşluqlarla, tabulyasiya simvolu ilə və (və ya) yeni sətrə keçid işarəsi ilə verilə bilər. Vasyanın əvvəlki kimi sevindiyi bir şey vardır - bu ədədlərin ən böyüyü modulca 2 * 10^9
-u aşmır.
Çıxış verilənləri
İlk və yeganə sətirdə iki ədəd verin - əvvəlcə ən böyük ədədin ilk rast gəlindiyi sətrin nömrəsini, boşluqdan sonra isə həmin ədədi Vasyanın gördüyü şəkildə verməli.