Labirint
Labirintin müdiriyyəti yeni mövsümü yeni divar kağızı ilə başlamağı qərara aldı. Bunun üçün labirintin daxilində divarların sahəsini hesablayan proqram lazımdır. Bu iş Siz də yerinə yetirə bilərsiniz!
Labirint n × n (3 ≤ n ≤ 33, gördüyünüz kimi 3 - sehrli rəqəmdir!) şəklində matris kimi təsvir edilmişdir. Matrisin bəzi nöqtələrində boş xananı göstərən ('.') nöqtələr yerləşir. Qalan xanalarda bütöv daş divarı göstərən diyez ('#') yerləşir. Bütün kvadratlar 3 × 3 metr ölçüsündədir.
Divarlar labirintin ətrafında (giriş üçün istifadə edilən sol yuxarı və sağ aşağı küncdən başqa) və diyez simvolu olan xanalarda yerləşmişdir. Heç bir başqa divar yoxdur. Giriş matrisinin sol yuxarı və sağ aşağı küncündə həmişə nöqtə yerləşir.
Labirintin daxilində divarların görünən hissəsinin sahəsini hesablamaq lazımdır. Başqa sözlə, labirintin qonaqlar üçün görünən hissəsinin səthinin sahəsini. Qeyd edək ki, divarların istənilən iki qonşu blokunun arasında nəyi isə görmək üçün heç bir dəlik yoxdur. Bloklar bir-birinə istənilən bucaqla toxunursa, onlar qonşu blok sayılır. Yuxarıdakı şəkildə labirintin daxilində divarların görünən hissəsi qalın xətlə qeyd edilmişdir. Bütün divarların hündürlüyü 3 metrdir.
Giriş verilənləri
Birinci sətirdə n ədədi yerləşir. Sonrakı n sayda sətrin hər birində n sayda simvol yerləşir. Hər bir sətir matrisin sətrini təsvir edir. Hər bir sətirdə yalnız nöqtə və diyez simvollarından istifadə edilir, hər sətrin sonunda yeni sətrə keçid simvolu yerləşir. Giriş verilənlərində boşluq simvolu yoxdur.
Çıxış verilənləri
Çıxışa bir ədəd - divar kağızının tələb olunan sahəsini verin.