Maksimum cəm oyunu
N sayda kartoçka soldan sağa yan-yana düzülmüşdür. Hər bir kartoçkada tam ədəd yazılmışdır. İki oyunçu nöbə ilə bir kartoçka götürür. Bu zaman yalnız ilk kartoçkanı, ya da son kartoçkanı götürmək olar. Bütün kartoçkalar götürüldükdən sonra oyun bitmiş sayılır (nə qədər ki, kartoçka var oyunçu mümkün gedişlərdən birini etməlidir). Oyunun məqsədi imkan daxilində ən böyük cəmi (götürülmüş kartoçkalardakı ədədlərin cəmini) əldə etməkdir.
Birinci oyunçunun hansı maksimal cəmi əldə edə biləcəyinə zəmanət verilir?
Giriş verilənləri
İlk sətirdə kartoçkaların N (1 ≤ N ≤ 2013) sayı verilir. İkinci sətirdə boşluqla ayrılmış kartoçka üzərindəki N (modulca 10^3-ü aşmayan) ədəd verilir.
Çıxış verilənləri
İlk oyunçunun toplaya biləcəyi (hansı ki, buna zəmanət verilir) yeganə tam ədədi - maksimal cəmi verin.
Qeyd: Əgər birinci gedişdə 1 götürülərsə, onda rəqib cavab olaraq ya 3, ya da 2 götürməlidir. Bu halların hər birində birinci oyunçu özünə 9 götürə biləcək, beləliklə, 10 cəminin əldə ediləcəyinə zəmanət verilir (bundan sonra ikinci oyunçu sonuncu kartoçkanı götürür və oyun bitir).
Əgər birinci oyunçu ilk gedişdə 3 götürərdisə, onda ikinci oyunçu cavab olaraq 9 götürə bilərdi və nəticədə birinci oyunçu yalnız 3+2=5 əldə edə etmiş olur. Böyük sadəlövhlüklə ikinci oyunçu "3" gedişinə "1" gedişi ilə cavab verə bilərdi, bu zaman birinci oyunçu 3+9=12 cəmini əldə edə bilər. Lakin birinci oyunçu zəmanət verə bilməz ki, ikinci oyunçu bu qədər sadəlövh gediş edər, buna görə də cavab 12 deyil, 10-dur.