N sayda kartoçka soldan sağa yan-yana düzülmüşdür. Hər bir kartoçkada tam ədəd yazılmışdır. İki oyunçu nöbə ilə bir kartoçka götürür. Bu zaman yalnız ilk kartoçkanı, ya da son kartoçkanı götürmək olar. Bütün kartoçkalar götürüldükdən sonra oyun bitmiş sayılır (nə qədər ki, kartoçka var oyunçu mümkün gedişlərdən birini etməlidir). Oyunun məqsədi imkan daxilində ən böyük cəmi (götürülmüş kartoçkalardakı ədədlərin cəmini) əldə etməkdir.
Lakin aydın deyil, bu oyunu niyə tərs-rəis və yaltaq işçi oynayır. Tərs-rəis nəinki, öz gedişlərinə, hətta yaltaq işçinin də gedişlərinə tam və tamamilə nəzarət edə bilir. Tərs-rəis (hansı ki, ilk gedişi edir) hansı maksimal cəmi toplaya bilər?
İlk sətirdə kartoçkaların N (1 ≤ N ≤ 2013) sayı verilir. İkinci sətirdə boşluqla ayrılmış kartoçka üzərindəki N (modulca 10^3-ü aşmayan) ədəd verilir.
İlk oyunçunun (tərs-rəisin) toplaya biləcəyi (hansı ki, buna zəmanət verilir) yeganə tam ədədi - maksimal cəmi verin.
Qeyd: Belə ki, tərs-rəis yaltaq işçinin gedişlərinə nəzarət etdiyi üçün, o ilk gedişdə 3 götürə və "rəqibinə" isə 1 götürmsəni əmr edə bilər.