Növbəti toplananlara ayırma
n ədədini toplananlara ayırmaq - bu cəmi n-ə bərabər olan müsbət tam ədədlər dəstidir. Bu halda yalnız toplananların sırası ilə fərqlənən ayrılma eyni sayılır, ona görə də hesab etmək olar ki, ayrılmış toplananlar artan sıra ilə nizamlanmış olur.
Məsələn, 5 ədədinin toplananlara ayrılmasının 7 variantı var:
5=1+1+1+1+15=1+1+1+25=1+1+35=1+2+25=1+45=2+35=5
Göstərilmiş nümunədə toplananlara ayırma leksikoqrafik nizamlanmışdır - əvvəlcə ayrılma birinci toplanana görə, sonra ikinciyə və s. Bu məsələdə Sizdən verilmiş toplananlara ayırmaya görə ayırmanın növbəti leksikoqrafik ardıcıllığını tapmaq tələb olunur.
Giriş verilənləri
Giriş faylı yeganə sətri - n ədədini toplananlara ayırma sətrini ehtiva edir (1 ≤ n ≤ 100 000). Ayırmadakı toplananlar artan ardıcıllıqdadır.
Çıxış verilənləri
Çıxış faylına yeganə sətri - giriş faylında verilmiş ardıcıllıqdan sonrakı n ədədini toplananlara ayırmanın leksikoqrafik ardıcıllığını verin. Əgər giriş faylında n ədədinin toplananlara ayrılmasının son halı verilmiş olarsa, "No solution" verin.