Qarın təmizlənməsi
Qışda, nə vaxt ki, gün qısalır, gecələrsə uzanır, küçələrdən qarın təmizlənməsi haqqında düşünmək lazım gəlir.
Bizim şəhərin büdcəsi çox az olduğundan sərəncamımızda yalnız bir qartəmizləyən maşın var. Buna baxmayaraq yollar qardan təmizlənməlidir. Hər dəfə çoxlu qar yağanda gecələr bizim şəhərin qartəmizləyən maşını öz qarajından çıxır və bütün şəhəri dolanmaqla yolları təmizləyir. Qartəmizləyən maşına minimum nə qədər vaxt lazımdır ki, bütün yollardakı bütün hərəkət zolaqlarını təmizləsin və geri qayıtsın?
Eyni zamanda məlumdur ki:
Qartəmizləyən bir gedişdə yolun yalnız bir hərəkət zolağını təmizləyə bilir.
Bütün yollar birbaşa hər istiqamətdə bir hərəkət zolaqlıdır.
Qartəmizləyən maşın istənilən kəsişmədə istənilən tərəfə dönə, eləcə də dalana girə bilər.
Qartəmizləyən maşın qar təmizləyən vaxt 20 km/saat sürətlə, artıq təmizlənmiş yolda isə 50 km/saat sürətlə hərəkət edir.
Bütün yolları keçmək imkanı həmişə var.
Giriş verilənləri
Birinci sətirdə qartəmizləyən maşının hərəkətə başladığı qarajın koordinatları (metrlə) olan iki x və y (-30000 ≤ x, y ≤ 30000) ədədi verilir. Sonra ayrıca hər bir sətirdə küçələrin başlanğıc və son nöqtələrinin koordinatları (metrlə, hər sətirdə 4 ədəd olmaqla) verilir. Şəhərdə 100-dək küçə ola bilər.
Çıxış verilənləri
Bütün yolların təmizlənməsi və qaraja dönmək üçün zəruri olan vaxt saat və dəqiqə ilə. Vaxtı yaxın dəqiqəyədək yuvarlaqlaşdırmaq lazımdır.