Sadə stek
"stek" verilənlər strukturunu reallaşdırın. Elə proqram yazın ki, stekin təsvirini versin və burada verilən bütün metodları reallaşdıraraq stekin işini modelləşdirsin. Proqram ardıcıl əmrləri oxuyur və əmrdən asılı olaraq bu və ya digər əməliyyatı aparır. Hər bir əmrin icrasından sonra proqram bir sətir verməlidir. Proqram üçün mümkün əmrlər:
push n — ədədini stekə əlavə etmək ('n'-nin qiyməti əmrdən sonra verilir). Proqram ok verməlidir.
pop — Stekdən sonuncu elementi silmək. Proqram onun qiymətini verməlidir.
back — Proqram sonuncu elementi silmədən verməlidir.
size — Proqram stekdəki elementlərin sayını verməlidir.
clear — Proqram steki təmizləməli və ok verməlidir.
exit — Proqram bye verməli və işini tamamlamalıdır.
Giriş əmrləri dəstinin növbəti tələblərə cavab verdiyinə zəmanət verilir: stekdə elementlərin maksimal sayı istənilən anda -ü aşmır, bütün pop və back əmrləri doğrudur, yəni, onların icrası zamanı stekdə heç olmazsa, bir element olur.
Giriş verilənləri
Şərtdə şərh olunur. Giriş verilənləri nümunəsinə də baxın.
Çıxış verilənləri
Şərtə verilir. Çıxış verilənləri nümunəsinə də baxın.