Səhvlərdən qorunmuş növbə
"növbə" verilənlər strukturunu reallaşdırın. Elə proqram yazın ki, növbənin təsvirini versin və burada verilən bütün metodları reallaşdıraraq növbənin işini modelləşdirsin. Proqram ardıcıl əmrləri oxuyur və əmrdən asılı olaraq bu və ya digər əməliyyatı aparır. Hər bir əmrin icrasından sonra proqram bir sətir verməlidir. Proqram üçün mümkün əmrlər:
push n
n ədədini növbəyə əlavə etmək (n-nin qiyməti əmrdən sonra verilir). Proqram ok verməlidir.
pop
Növbədən birinci elementi silmək. Proqram onun qiymətini verməlidir.
front
Proqram birinci elementi növbədən silmədən verməlidir.
size
Proqram növbədəki elementlərin sayını verməlidir.
clear
Proqram növbəni təmizləməli və ok verməlidir.
exit
Proqram bye verməli və işini tamamlamalıdır.
front və pop əmrləri icra olunmazdan əvvəl proqram növbədə heç olmazsa bir elementin olub olmadığını yoxlamalıdır. Əgər giriş verilənlərində front və ya pop verilərsə və bu zaman növbə boş olarsa, onda proqram error sətrini verməlidir.
Giriş verilənləri
Şərtdə şərh olunur. Giriş verilənləri nümunəsinə də baxın.
Çıxış verilənləri
Şərtə verilir. Çıxış verilənləri nümunəsinə də baxın.