Məhdud ölçülü növbə
"növbə" verilənlər strukturunu reallaşdırın. Növbəni təsvir edən və verilmiş bütün metodları reallaşdıran növbənin işini modelləşdirən proqramı tərtib edin. Proqram əmrlər ardıcıllığını oxuyur və əmrdən asılı olaraq bu və ya digər əməliyyatı yerinə yetirir. Hər bir əmrin icrasından sonra proqram yeganə sətri verməlidir. Proqram üçün mümkün sətirlər:
push n
Növbəyə n (n ədədinin qiyməti əmrdən sonra verilir) ədədini daxil etmək . proqram ok verməlidir.
pop
Növbədən elementi silmək. Proqram onun qiymətini verməlidir.
front
Proqram elementi növbədən silmədən onun qiymətini verməlidir.
size
Proqram növbədəki elementlərin sayını verməlidir.
clear
Proqram növbəni boşaltmalı və ok verməlidir.
exit
Proqram bye verməli və işi tamamlamalıdır.
Növbənin ölçüsü yalnız əməli yaddaşın mümkün ölçüsü ilə məhdudlaşa bilər. front və pop əmrləri icra olunmazdan əvvəl proqram növbədə heç olmazsa bir elementin olub olmadığını yoxlamalıdır. Əgər giriş verilənlərində front və ya pop əmrinə rast gəlinərsə və növbə bu zaman boş olarsa, onda proqram error sətrini verməlidir.
Giriş verilənləri
Şərtdə verilib. Həmçinin giriş verilənlərinə aid nümunəyə baxın.
Çıxış verilənləri
Şərtdə verilib. Həmçinin çıxış verilənlərinə aid nümunəyə baxın.