Sadə dek
"dek" verilənlər strukturunu reallaşdırın. Bütün verilən metodları reallaşdıran deki əks etdirən, dekin işini modelləşdirən proqramı tərtib edin. Proqram əmrlər ardıcıllığını oxuyur və əmrə uyğun bu və ya digər əməliyyatı icra edir. Hər əmrin icrasından sonra proqram tək sətri çap etməlidir. Proqramın icra edəcəyi mümkün əmrlər:
push_front
Dekin əvvəlinə yeni element əlavə etmək (yerləşdirmək). Proqram əmrin icrasından sonra ok çap etməlidir.
push_back
Dekin sonuna yeni element əlavə etmək (yerləşdirmək). Proqram əmrin icrasından sonra ok çap etməlidir.
pop_front
Dekdən ilk elementi çıxartmaq. Proqram onun qiymətini çap etməlidir.
pop_back
Dekdən son elementi çıxartmaq. Proqram onun qiymətini çap etməlidir.
front
Birinci elementin qiymətini öyrənmək (qiyməti çıxartmadan). Proqram onun qiymətini çap etməlidir.
back
Birinci elementin qiymətini öyrənmək (qiyməti çıxartmadan). Proqram onun qiymətini çap etməlidir.
size
Dekin elementlərinin sayını çap etmək.
clear
Deki boşaltmaq (ondakı bütün elementləri silmək) və ok çap etmək.
exit
Proqram bye çap etməli və işini dayandırmalıdır.
Dekdəki elementlərin sayının istənilən anda 100-ü aşmadığına zəmanət verilir. Bütün əməliyyatlar:
pop_front,
pop_back,
front,
back
həmişə düzgündür.
// Java OOP class MyDeque { protected LinkedList<Integer> v; MyDeque(); public void push_back(int x); public void push_front(int x); public int pop_back(); public int pop_front(); public int front(); public int back(); public int size(); public void clear(); public void exit(); }
Giriş verilənləri
Hər bir sətirdə bir əmr verilir.
Çıxış verilənləri
Hər bir əmr üçün ayrı sətirdə uyğun nəticəni çap edin.