2N sayda natural ədəddən ibarət ardıcıllıq verilmişdir. Bu ardıcıllığın elementlərini cüt-cüt elə qruplaşdırmaq olar ki, istənilən cüt üçün ədədlərin cəmi eyni olsun. Məsələn, 99, 23, 77, 1 ardıcıllığını 1 + 99 = 77 + 23 kimi qruplaşdırmaq olar.
Belə ardıcıllığı hasilləri eyni olan cütlər şəklində qruplaşdırmağın mümkünlüyünü yoxlamaq üçün proqram yazın.
Birinci sətirdə testlərin sayı verilir. Hər testin birinci sətri, müvafiq ardıcıllığın 2N (1≤ N≤ 50000) elementləri sayı və ardınca gələn 2N sətrin hər birində 1 - 10^9 intervalından olan bir tam ədəd yazılır.
Hər test üçün ayrıca sətirdə əgər ardıcıllığı hasilləri eyni olan cütlər şəklində qruplaşdırmaq mümkündürsə 1, əks halda isə 0 yazın.