Nə qədər?
Bu maliyyə böhranıdır. Hətta MI6 Texnoloji şöbəsi bunun fəsadından yayına bilmədi. Bücəddəki məhdudiyyətlərə baxmayaraq, R dünyanı xilas etmək üçün bizim cəsuslarımızı bütün mümkün texnoloji avadanlıqlarla təhciz olunnmuş maşınlarla və silahlarla necə təmin etməlidir? Nəzarətedici sistemlərin, yağ püskürdücülərinin, silahların, güllələrin və raketlərin bir maşına yerləşdirilməsi kimi çətinliklər azmış, kimi R bunlara sərf olunan xərclər haqqında da fikirləşməlidir.
Rəhbərlik israr edir ki, maşını və ona lazım olan avadanlığı sifariş etməzdən əvvəl R, tələb olunan pulun dəqiq məbləğini təyin etməlidir. Yalnız bundan sonra rəhbərlik cəsus əməliyyatını reallaşdırmaq barədə qərar qəbul edəcək.
R isə öz vaxtını belə bürokratik cəfəngiyyata sərf etmək istəmir. O istəyir ki, Siz ona kömək edəsiniz. Avtomobilin, R-in quraşdırmaq istədiyi texniki vasitələrin siyahısını və qiymətini bilərək, layihənin ümumi dəyərini hesablayın.
Giriş verilənlər
Birinci sətir 100-dən çox olmayan testdən ibarətdir. Hər bir test üçün:
s (1 ≤ s ≤ 100000) qiymətli sətir: maşının sərmayə dəyəri.
n (0 ≤ n ≤ 1000) qiymətli sətir: maşına quraşdırımalı olan avadanlıqların sayı.
q_i və p_i (1 ≤ q_i_{ }≤ 100 və 1 ≤ p_i_{ }≤ 10000) tam ədədlərinin verildiyi n sətir: hər bir i qurğusu üçün onun tələb olunan q_i sayı və bir qurğunun p_{i }qiyməti
Çıxış verilənlər
Hər bir test üçün bir sətirdə avadanlıqlarla təchiz olunmuş maşına sərf edilən ümumi məbləği ekrana vermək lazımdır.