Direktorun qəbulunda
Ümumtəhsil müəssisəsinin katibi Marta Qeorqiyevna daim öz iş günü direktora belə iradla başlayırdı:
Baxın, Siz, İvan İvanoviç, tədris işləri üzrə direktor müavininin dərs cədvəlini tərtib etmək üçün proqramı almışsınız. Bəs mən nə edim? Mənə ki, qəbula gələnlərin Sizin tələbinizlə razılaşdırılmış qrafikini tərtib etmək lazımdır, inzibati işlərin planlaşdırılması üçün proqramı isə Siz mənə almamışsınız...
Katibə bu işdə kömək etməyə cəhd edin. Bunun üçün Sizə katibin kitabında qəbula yazılanların özlərinin qeyd etdiyi istəkləri əsasında qəbulunu təşkil etmək lazımdır.
İki nəfərin eyni zamanda qəbulu qadağandır. Bir vətəndaşın qəbulu qurtaran an digərinin qəbulu başlaya bilər - onlar kabinetin qapısında görüşürlər.
Giriş verilənləri
Birinci sətirdə qəbula yazılan vətəndaşların n (n ≤ 1000) sayı verilir. Sonrakı n sayda sətrin hər birində iki ədəd - direktorla görüşün başlanğıc vaxtı T[1i]
və arada boşluq işarəsi olmaqla görüşün qurtarma vaxtı T[2i]
hh:mm formatında.
Vaxt bir gün ərzində verilir, bütün T[2i]
≥ T[1i]
.
Çıxış verilənləri
İş günü ərzində müəssisənin direktorunun qəbul edə biləcəyi vətəndaşların maksimum sayı.