Vinninin dostları
Gombul Vinni öz dostları ilə maraqlı bir oyun oynamaq qərarına gəldi. Vinni balaca daşlar götürüb onları ardıcıl M topaya ayırdı. Vinninin dostlarından hər biri yaxınlaşaraq ən soldakı topadakı daşları götürdü və bütün daşları sonrakı hər bir topanın üzərinə bir daş olmaqla payladı. Əgər daş topalarının sayı dostların götürdüyü topadakı daşların sayından azdırsa, onda qalan daşlar yeni topa əmələ gətirir və oyun Vinninin dostlarından ən axırıncısı gediş etməyənədək davam edir. Oyundan sonra meydanda N sayda daş topası qalır. Bu oyunun bir nümunəsinə baxaq:
İlkin vəziyyət 7 5 1 3 6
Dost #1 6 2 4 7 1 1 1
Dost #2 3 5 8 2 2 2
Dost #3 6 9 3 2 2
Tapşırıq ilkin və son vəziyyətdə topalardakı daşların sayını bilərək Vinninin dostlarının sayını müəyyənləşdirməkdən ibarətdir.
Giriş verilənləri
Birinci sətirdə iki M və N (2 ≤ M, N ≤ 1000) ədədləri verilir. M ilkin vəziyyətdə, N isə oyundan sonra daş topalarının sayıdır. İkinci sətirdə Mi (1 ≤ Mi ≤ 100) sayda tam ədəd - ilkin vəziyyətdə i-ci topadakı daşların sayı verilir. Üçüncü sətirdə uyğun olaraq Ni (1 ≤ Ni ≤ 100) sayda tam ədəd - oyundan sonrakı vəziyyətdə i-ci topadakı daşların sayı yerləşir.
Çıxış verilənləri
Bir ədəd - Vinninin dostlarının sayı verilir.