Qutu
Qənnadı fabrikinə a x a ölçülü karton lövhələrindən hazırlanmış şokolad qutuları lazımdır. Qutuların üstü açıq, oturacağı isə kvadrat şəkilli olmalıdır. Qutunun hazırlanması iki mərhələdən ibarətdir. Birinci mərhələdə karton lövhələrin künclərindən b x b ölçülü kvadrat hissəciklər kəsilir. İkinci mərhələdə isə kartonun düzbacaqlı şəklində olan hissələri 90 bucaq altında qutunun daxilinə qatlanır. Karton lövhənin a tərəfinin uzunluğuna görə elə b hündürlüyünü tapmaq lazımdlr ki, onun həcmi maksimum olsun.
Giriş verilənləri
Birinci sətir testlərin n (1 ≤ n ≤ 10) sayını ehtiva edir. Hər növbəti n sətir özü ayrılıqda bir testdir və karton lövhənin uzunluğu olan a (1 ≤ a ≤ 10^14
) həqiqi ədədini ehtiva edir.
Çıxış verilənləri
Hər bir testə uyğun b-nin optimal yüksəkliyini vergüldən sonra 10 işarə dəqiqliyi ilə verməli.