Rəqəmli ifadələr
Çox asan
Zaman limiti 1 saniyə-dir
Yaddaş məhdudiyyəti 128 meqabayt
Riyaziyyatda kifayət qədər məşhur bir məsələ belədir: 5 dənə 2 rəqəmi, hesab əməl işarələri və mötərizələr vasitəsilə 7 ədədini necə almaq olar?
Bunu belə etmək olar: (2 + 2 * 2) + 2 / 2, ya: 22 / 2 - 2 * 2 və ya belə: 2 * (2 + 2) – 2 / 2.
d rəqəmindən n dəfə istifadə edərək bu üsulla hansı ən kiçik m natural ədədini almaq olmaz?
Qeyd: Bölmə qalıqsız icra olunmalıdır.
Giriş verilənləri
Yeganə bir sətirdə aralarında boşluq işarəsi olmaqla n və d natural ədədləri yazılır (1 ≤ n ≤ 7, 1 ≤ d ≤ 9).
Çıxış verilənləri
d rəqəmindən n dəfə istifadə etməklə riyazi ifadə şəklində vermək mümkün olmayan ən kiçik m ədədi verilir.
Nümunələr
Giriş #1
Çıxış #1
Təqdimatlar 1K
Qəbul dərəcəsi 25%