Evə yol
Gonbul Vinnigildə qonaq olan balaca eşşək İA cəlbedici oyundan sonra evə qayıdarkən bir qədər gəzməyi qərara aldı. Gəzinti zamanı o özünün yaxınlaşan ad günü haqqında düşündüyündən yolu necə azdığını belə bilmədi. Məlumdur ki, balaca eşşək gəzinti zamanı müəyyən bir alqoritm üzrə hərəkət edib: gəzintinin başlanğıcında o həmişə hərəkətə şimal-şərq istiqamətində başlayır, bu vaxt bir addım atır(yerdəyişmə bu zaman (1,1) nöqtəsindən başlayır ), sonra istiqaməti dəyişir və cənub-şərq istiqamətində hərəkət edir. Daha sonra cənub qərbə, şimal-qərbə və s. hərəkət edir. Hər dəfə balaca eşşək istiqaməti dəyişərkən istiqaməti dəyişməmişdən əvvəl atdığı addımlardan N addım çox atır.
Balaca eşşək artıq evə qayıtmağı qərara alanda başa düşdü ki, meşənin dərinliyinə gəlib çıxıb. Axşam yaxınlaşırdı və İA tezliklə evə qayıtmaq istəyirdi.
Məlumdur ki, T saatdan sonra günəş batacaq, balaca eşşəyin sürəti isə saatda V addımdır (addımların uzunluğu sabitdir). Balaca eşşəyə kömək edin bilsin ki, günəş batana qədər o evə qayıda biləcəkmi. Məlumdur ki, balaca eşşək koordinatları (0,0) olan nöqtədən hərəkətə başlayır, onun evi isə koordinatları (hx, hy) olan nöqtədə yerləşir və o istiqaməti K dəfə dəyişib.
Giriş verilənləri
Birinci sətirdə 4 tam ədəd N, K, T, V (0 ≤ N, K, T, V ≤ 100) verilir. İkinci sətirdə iki tam ədəd -balaca eşşəyin evciyinin koordinatları olan hx, hy ədədləri yazılır (-10^5 ≤ hx, hy ≤ 10^5).
Çıxış verilənləri
Balaca eşşək gün batana qədər evə çata bilərsə "Good night Ia" (dırnaqsız), əks halda "Poor Ia" mətnini verin.