Mötərizələri yerləşdirmək
Milhousa sabaha tapşırığı həll etmək lazımdır və Sizin köməyinizə ehtiyacı var. Tapşırıq aşağıdakı kimidir:
Mötərizələr ehtiva edən sətir verilir. Bu sətirdə müxtəlif yerlərdə lazım olan sayda mötərizələr yerləşdirməklə onun düzgün sətir olmasını yoxlamaq lazımdır (mövcud mötərizəni silmək və ya dəyişdirmək olmaz). Düzgün sətir növbəti tələblərə cavab verməlidir:
Boş sətir düzgün sətirdir.
Əgər s düzgün sətirdirsə, onda (s) də düzgün sətirdir.
Əgər s və t iki düzgün sətirlərdirsə, o zaman onların birləşməsi st də düzgün sətirdir.
Məsələn, "(()())", "", "(())()" düzgün sətirlər, "())(", "()(" və ")" düzgün olmayan sətirlərdir.
Giriş verilənləri
1-dən 50-yə qədər simvol ehtiva edən mötərizələr sətri verilir.
Çıxış verilənləri
Verilmiş sətrin düzgün sətir olması üçün daxil edilməsi lazım gələn mötərizələrin minimal sayını verməli.