Hazırlıq
Vasya informatikadan ikinci tura hazırlaşmağı qərara aldı. Buna görə o özü üçün hər birində m məsələ olan n olimpiada təşkil etmək qərarına gəldi. Bu olimpiadalara məsələlər tərtib etmək üçün Vasyaya olimpiadalardan məsələ kitabları lazımdır. Bu məsələ kitabları kitabxanada var. Məlumdur ki, orda onların sayı k dənədir və i-ci məsələ kitabı a[i]
sayda məsələ ehtiva edir. Vasya hər dəfə kitabxanaya getmək istəmir, o n olimpiada təşkil etmək üçün bir dəfəyə lazım olan sayda məsələ kitabı götürmək istəyir. Bunun üçün o kitabxanadan minimal sayda neçə kitab götürməlidir?
Giriş verilənləri
İlk sətir üç natural k, m, n ədədlərini ehtiva edir. Burada k - kitabxanadakı məsələ kitablarının sayı, m - bir olimpiadadakı məsələlərin sayı, n - olimpiadaların sayıdır (1 ≤ k ≤ 100 000, 1 ≤ m, n ≤ 10 000). İkinci sətir k sayda natural a[1]
, ..., a[k]
ədədlərini ehtiva edir. Məlumdur ki, a[i]
(1 ≤ a[i]
≤ 10^9
) - i sətrindəki məsələlərin sayıdır.
Çıxış verilənləri
Vasyanın kitabxanadan götürəcəyi məsələ kitaplarının minimal sayını verməli. Hesab edin ki, Vasyanın olimpiada məsələləri tərtib etmək üçün kitabxanada kifayət qədər məsələ kitabı var.