Nyutonun geni
Olimpiya planetində Olimpiya qalaktikasının sakinlərinin genlərinin öyrənilməsi başa çatır. Məlum olub ki, şifrələnmiş genlər təkrar oluna bilən tam ədədlər toplusu şəklində təsvir oluna bilər. Dahi şəxslərin geninin təsvirində qalanlarından fərqli bir ədəd yerləşir ki, ona tək sayda rast gəlinir və müəyyən tip istedadın nömrəsini verir.
İşlənib hazırlanmış avadanlıq genlərin təsvirini ədədlər çoxluğu toplusu şəklində alır. Hər bir çoxluq s, f, a, b ədədlər dördlüyü ilə verilir. Belə çoxluğa s-dən başlayaraq a sayda tam ədədlər ardıcıllığı daxildir, sonrakı b ədədi çoxluğa daxil deyil, sonrakı a ədədi yenidən çoxluğa daxildir və s. Çoxluğun bütün ədədləri f-i aşmır. Məsələn, (s = 1, f = 10, a = 2, b = 1) çoxluğuna 1, 2, 4, 5, 7, 8, 10 çoxluğunun ədədləri daxildir, amma, (s = 5, f = 50 a = 1, b = 19) çoxluğuna 5, 25, 45 çoxluğunun ədədləri daxil deyil.
Ədədlər çoxluğu toplusu şəklində verilmiş genin təsvirinə görə onun sahibinin hər hansı tip istedada malik olub-olmamasını müəyyənləşdirən və onun nömrəsini təyin edən GENOME proqramını yazın.
Giriş verilənləri
Giriş faylının birinci sətrində toplumdakı çoxluqların N (1 ≤ N ≤ 10000) sayı yerləşir. Sonrakı N sayda sətirdə çoxluqların özü verilir. Hər bir çoxluq s,f, a, b, (1 ≤ s, f, a, b < 10^9; s ≤ f) kimi ədədlər dördlüyü ilə verilir. Təminat verilir ki, genin təsvirində tək sayda rast gəlinən birdən çox ədəd yoxdur.
Çıxış verilənləri
Çıxış faylının yeganə sətrində genin təsvirində tək sayda rast gəlinən tam ədəd, belə ədəd yoxdursa 0 yerləşir.