Güzəştlər
Yeni il qabağı Siz böyük bir mağazaya getmişsiniz və dostlar, yaxınlar üçün çoxlu hədiyyə seçmişsiniz. Müəyyən miqdarda pula qənaət etməyə mağazadakı aşağıdakı yen il qabağı iki tip güzəşt kömək edə bilər:
Üç mal alan zaman siz onlardan iki ən bahalısının pulunu ödəyirsiniz.
Dörd mal alarkən siz onlardan üç ən bahalısının pulunu ödəyirsiniz.
Beləliklə, müəyyən malları üçlük və ya dördlükdə birləşdirmək və onlar üçün az pul ödəmək olar. Bütün hədiyyələrin alınmasına veriləcək ümumi mümkün ən az məbləği müəyyənləşdirmək tələb olunur.
Məsələn, seçilmiş beş hədiyyənin qiymətləri 50, 80, 50, 100, 20-dirsə, ilk dörd malı ayrıca almaqla onlara güzəşt əldə etmək, qalanını isə öz qiymətinə almaq olar. Bütünlükdə alışın qiyməti 300 əvəzinə 250 pul vahidi olacaq.
Bütün hədiyyələrin qiymətinə görə onları almaq üçün kifayət edən ən az məbləği tapan proqramı yazın.
Giriş verilənləri
Giriş faylının birinci sətrində bir N (1 ≤ N ≤ 10000) ədədi yerləşir. Sonrakı sətirdə hədiyyələrin qiyməti olan N sayda natural ədəd yerləşir. Bütün hədiyyələrin qiymətləri cəmi 10^9–dan kiçikdir. Giriş verilənlərdə yalnız ardıcıl gələn malları birləşdirmək olar.
Çıxış verilənləri
Çıxış faylının yeganə sətrində bir tam ədəd- bütün hədiyyələri almaq mümkün olan cəmi pulun ən az məbləği yerləşir.