Bağa
Qəsrin salonunda düzbucaqlı döşəmə plitələrlə döşənmişdir və hər bir plitə üzərində giləmeyvələr var. Bağa üst sıradakı pilitələrdən birindən alt sıradakı plitələrdən birinə gedərək yolboyunca daha çox giləmeyvə yemək istəyir. O yalnız üst sıradan aşağı sıraya və yalnız şəkildə göstərildiyi istiqamətlərdə gedə bilər. Bağaya ən çox giləmeyvə yeyə bilməsi üçün yuğarıdakı hansı plitədən başlayacağını təyin etməkdə kömək edin. Əgər üst sırada belə plitələrin sayı bir neçə olarsa, onlardan ən soldakını göstərməli.
Giriş verilənləri
İlk sətirdə düzbucaqlı döşəmənin plitələrdən ibarət sətir və sütunlarının sayını ifadə edən iki natural m və n (1 ≤ n, m ≤ 1000) ədədləri verilir. Növbəti n sətrin hər birində uyğun plitədəki giləmeyvələrin sayını ifadə edən m sayda müsbət ədədlər verilir.
Çıxış verilənləri
Tək sətirdə boşluqla ayrılmış bağanın üst sıradakı hərəkətə başlayacağı plitənin sıra nömrəsini (nömrələmə 1-dən başlayır) və onun ən çox yeyə biləcəyi giləmeyvələrin sayını verməli.