Sehrbaz və Canavarlar
Siz gəzməyə gedərkən birdən n canavarla rastlaşdınız. Hər bir canavarın, onun gücünü göstərən bir parametri - canı var. i-ci canavarın rastlaşma anındakı canını hi ilə işarə edək. Hər hansı bir canavarın canı 0-a və ya daha aşağı düşdükdə o yoxa çıxır.
Xoşbəxtlikdən, siz partlayış yarada bilən bacarıqlı bir sehrbazsınız. Bu partlayışlarla siz canavarların canını azalda bilərsiniz. Bir partlayışda canavarların canını aşağıdakı kimi azaltmaq olar:
Hələ də sağ olan hər hansı bir canavarı seçib, partlayışı onun yanında edirsiniz. Bu zaman həmin canavarın canı a qədər, digər bütün canavarların canı isə b qədər azalır. Burada a və b öncədən verilmiş parametrlərdir və a > b.
Bütün canavarları yox etmək üçün minimum neçə partlayışa ehtiyac var?
Giriş verilənləri
İlk sətirdə üç tam ədəd: n, a və b verilir. Daha sonra n sətrin hər birində bir ədəd h[i]
– i-ci canavarın rastlaşma anındakı canı verilir (1 ≤ n ≤ 10^5
, 1 ≤ b < a ≤ 10^9
, 1 ≤ h[i]
≤ 10^9
).
Çıxış verilənləri
Bütün canavarları yox etmək üçün lazım olan minimum partlayışların sayını çıxışa verin.
İzah
Test 1.
Birinci partlayışı canı 8 olan canavarın yanında edin, bundan sonra canavarların canları müvafiq olaraq 3, 4, 1 və -1 olacaqdır.
İkinci partlayışı birinci partlayışdan sonra 4 canı qalan canavarın yanında edin. Bundan sonra bütün canavarlar yox olacaq.
Test 2.
Hər iki canavarı öldürmək üçün hər birinin yanında 2 partlayış, toplamda 4 partlayış etmək kifayətdir. Bundan az sayda partlayışla hər iki canavarı yox etmək mümkün deyil.