XOR-layan Murad
Murad XOR-lamağı çox xoşlayır. O bütün günü dayanmadan ədədləri bir-biri ilə XOR-layır.
Bu dəfə Murad belə bir məsələ ilə qarşılaşdı: Ona n ölçülü a massivi verilir. O, bu massivin üzərində q sayda sorğu icra etməlidir. Sorğular aşağıdakı kimi iki növdə ola bilər:
1 l r - bu növ sorğuda l, r (1 ≤ l < r ≤ n) aralığında olan bütün cütlərin XOR-ları cəmini, yəni,
cəmini tapmaq tələb olunur.
2 l r v - bu növ sorğuda massivin l, r (1 ≤ l ≤ r ≤ n) aralığında olan bütün elementlərini v ilə XOR-lamaq tələb olunur.
Qeyd: Burada XOR məntiqi xor əməliyyatını göstərir.
Giriş verilənləri
İlk sətirdə iki tam ədəd n və q (2 ≤ n ≤ 2 * 10^5
, 1 ≤ q ≤ 10^5
) - uyğun olaraq a massivinin ölçüsü və sorğuların sayı, ikinci sətirdə isə n sayda tam ədəd a massivinin elemetləri (0 ≤ a[i]
≤ 10^9
) verilir.
Növbəti q sətrin hər birində bir sorğu verilir. i-ci sorğuda, öncə sorğunun növünü göstərən 1 və ya 2 ədədi verilir. Əgər 1-ci növ sorğu olarsa, daha sonra iki tam ədəd l[i]
və r[i]
(1 ≤ l[i]
< r[i]
≤ n), əks halda üç tam ədəd l[i]
, r[i]
və v[i]
(1 ≤ l[i]
≤ r[i]
≤ n, 0 ≤ v[i]
≤ 10^9
) verilir.
Çıxış verilənləri
Çıxışa 1-ci növ sorğulara uyğun cavabları, hər birini yeni sətirdə olmaqla verin.