Beynəlxalq Dillər Olimpiadası
Beynəlxalq dillər olimpiadasına seçim turu keçirilir. Bu olimpiadada hər kəs öz yaratdığı dili nümayiş etdirməlidir.
Murad öz yaratdığı dilin maraqlı olduğunu fikirləşib, seçimdə iştirak üçün müraciət etdi. Onun yaratdığı dildə m hərf var (c[1]
, c[2]
, ..., c[m]
). Bu hərflərdən ibarət istənilən söz bu dildə var.
Murad yaratdığı dili nümayiş etdirərkən, daha səliqəli görünsün deyə sözləri düzməyə qərar verdi. Bütün sözləri yazıb, birinci uzunluğa görə, sonra isə uzunluğu eyni olanları öz aralarında leksikoqrafik sıraladı.
Olimpiada zamanı bütün münsiflər bu dili bəyəndi, lakin onlar Muradı sınamaq üçün ona bu dillə bağlı bir sual verdilər. Muraddan onun yaratdığı dildə olan bir söz soruşdular. Murad bu sözün düzdüyü sırada neçənci olduğunu tapmalıdır.
Bu suala cavab tapmaqda Murada kömək edin.
Cavab çox böyük ola bilər deyə, cavabın 280230412 - ə olan qalığını tapın.
Giriş verilənləri
İlk sətirdə bir tam ədəd m (1 ≤ m ≤ 26) − Muradın yaratdığı dildəki hərflərin sayı, ikinci sətirdə isə kiçik latın hərflərindən ibarət m sayda simvol c[1]
, c[2]
, ..., c[m]
- bu dildəki hərflər (əlifba sırasına görə) verilir.
Üçüncü sətirdə bu dildə olan bir söz - S (1 ≤ |S| ≤ 10^6
) verilir.
|S| − S sətrinin uzunluğunu bildirir.
Çıxış verilənləri
Çıxşa bir tam ədəd verilmiş sözün sıradakı yerinin 280230412 - ə qalığını verin.