«Qəsr» – castle.
Qədim qala düzbucaqlı formadadır və ən azı iki otaqdan ibarətdir. Qalanın döşəməsini M x N ölçülü hücrələrə bölmək mümkündür. Hər bir hücrə qalanın boş sahələrini və divarlarını müvafiq olaraq «0» və ya «1» ilə göstərir.
Tapşırıq:
Qalanın divarını və ya onun bir hissəsini çıxarmaqla, yəni yalnız bir «1»-i «0»-a dəyişməklə yaradıla biləcək ən böyük otağın sahəsini müəyyən edən castle proqramını yazın. Xarici divarları çıxarmaq qadağandır.
Giriş məlumatları:
Qalanın planı hər bir hücrəni təsvir edən ədədlər ardıcıllığı şəklində verilir. Birinci sətir M və N tam ədədlərini ehtiva edir – sətirlərin və sütunların sayı (3 ≤ M ≤ 1000, 3 ≤ N ≤ 1000). Növbəti M sətir ardıcıl olaraq N sıfır və ya birlərdən ibarətdir (boşluqsuz). Birinci və sonuncu sətir, həmçinin birinci və sonuncu sütun qalanın xarici divarlarını təşkil edir və yalnız birlərdən ibarətdir.
Nəticə:
Yeganə ədəd çıxarın – daxili divarın çıxarılması halında yaranacaq ən böyük otağın sahəsi.