Nəqliyyat sistemi
Bakı şəhərinin yol-nəqliyyat sistemi qovşaq və bu qovşaqları bir-biri ilə birləşdirən qoşa-istiqamətli yoldan ibarətdir. Hər bir yol iki müxtəlif qovşağı birləşdirir və eyni iki qovşağı birbaşa birləşdirən birdən çox yol ola bilməz. Eyni zamanda bu yollardan istifadə etməklə şəhərdə istənilən qovşaqdan istəniləninə getmək olar. İki qovşaq arasındakı məsafə bu qovşaqları birləşdirən bütün mümkün marşrutlardakı minimum yolların sayına bərabədir.
Nəqliyyat sistemini gücləndirmək üçün, şəhərin meri yol idarəsinin müdirindən yeni bir yol çəkməyi tələb etdi. Lakin, müdir təzə maşın alıb və hər gün evdən işə və işdən evə təzə maşını ilə sürməkdən həzz alaraq gedir. O istəmir ki, onun evinin yerləşdiyi qovşaq — və iş yerinin yerləşdiyi qovşaq — arasındakı məsafə azalsın. Bu işdə yol idarəsinin müdirinə kömək edin. O mütləq merin tələbini yerinə yetirməlidir.
Sizin tapşırığınız mövcud yol-nəqliyyat sistemində aralarında yol olmayan elə qovşaqlar cütünün sayını tapmaqdır ki, onlar arasında qoşa-istiqamətli yol çəkilsə və qovşaqları arasındakı məsafə azalmayacaq.
Giriş verilənləri
Birinci sətirdə dörd tam ədəd — qovşaqların sayı, — yolların sayı, — evin yerləşdiyi qovşaq, — iş yerinin yerləşdiyi qovşaq verilir . Növbəti sətrin -cisində boşluqla ayrılmış iki tam ədəd və verilir. Bu o deməkdir ki, və qovşaqları arasında qoşa-istiqamətli yol var.
Çıxış verilənləri
Çıxışa məsələnin şərtini ödəyən qovşaqlar cütünün sayını verin.