Dinotopiada soyuq günlər
Günəş daşlarının sönməsi ilə Dinotopiada soyuq günlər başladı. Belə ki, hər tərəfi qaranlıq bürümüş, bütün canlı aləm məhf olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bunun qarşısını almaq üçün cəsur Dino zülmət qaranlıqda axtarışa çıxdı. O iki parlaq günəş daşı tapdı.
Ölkəni xilas etmək üçün hələ ümid var! Lakin, geriyə bir məsələ qalır. Bu daşları elə iki məntəqədə yerləşdirmək lazımdır ki, onlar bir-birinə ən yaxın məsafədə olsun. Yalnız bu halda günəş daşlarının parıltısı Günəşə çata və Dinotopia yenidən işıqlana bilər.
Dinotopiada n sayda günəş daşı məntəqəsi yerləşir. Bu məntəqlər müstəvi üzərində x, y koordinatları ilə verilir. Cəsur Dinoya ən yaxın iki məntəqə arasındakı məsafəni tapmaqda kömək edin. Nəticə olaraq bu məsafənin kvadratını çıxışa vermək tələb olunur.
Qeyd: Burada müstəvidə iki koordinat arasındakı məsafə onlar arasındakı evklid məsafəsidir.
Giriş verilənləri
Birinci sətirdə məntəqələrin sayını göstərən bir tam ədəd - n (1 ≤ n ≤ 10^5
), növbəti n sətrin hər birində isə məntəqələrin koordinatlarını göstərən iki tam ədəd - x[i]
və y[i]
(-10^8
≤ x[i]
, y[i]
≤ 10^8
) verilir. Bütün məntəqələr fərqli koordinatlarda yerləşir.
Çıxış verilənləri
Çıxışa bir tam ədəd - iki ən yaxın məntəqə arasındakı məsafənin kvadratını verin.