Köhnə Hüseyn
Hüseyn artıq 17 yaşında özünü qoca hiss edir və düşünür ki, Computer Science sahəsindən ayrılmağın vaxtı çatıb. Buna görə də, o, bütün vacib layihələrini və eksperimentlərini tamamlamalıdır. Demək olar ki, bütün işlərini bitirib, yalnız bir layihə qalıb. Hüseynin əvvəllər əla sıralanmış bir massivi var idi, lakin çoxsaylı eksperimentlərdən sonra gözlənilməz bir şey baş verdi: massiv artıq sıralanmış deyil! Görəsən, massivi yenidən sıralamaq nə qədər çətin ola bilər? Hüseyn daha bir eksperiment aparmağa qərar verdi. O, massivi yalnız iki əməliyyatla sıralamaq istəyir:
Massivin istənilən elementini götürüb onu massivın sonuna köçürmək.
Massivin istənilən elementini götürüb onu massivın əvvəlinə köçürmək.
Beləliklə, əgər massiv əvvəlcə a[1]
, a[2]
,...., a[i-1]
, a[i]
, a[i+1]
,....., a[n]
elementlərindən ibarət idisə və i-ci elementi seçilibsə, birinci əməliyyatı tətbiq etdikdə massiv a[1]
, a[2]
, ...., a[i-1]
, a[i+1]
,....., a[n]
, a[i]
şəklində olacaq. İkinci əməliyyatı tətbiq etdikdə isə a[i]
, a[1]
, a[2]
,...., a[i-1]
, a[i+1]
, ....., a[n]
şəklində olacaq. Məlum oldu ki, bu iki əməliyyatla həmişə massivi sıralamaq mümkündür və Hüseyn də öz massivi ilə bunu etdi. İndi isə Hüseyn sizə yeni bir massiv təqdim edir və sizdən bu massivi sıralamaq üçün lazım olan ən az əməliyyat sayını tapmağı xahiş edir.
Giriş məlumatları
Birinci sətirdə Hüseynin sizə verdiyi massivın uzunluğu olan bir tam ədəd n
verilir (1
<= n
<= 300000
).
İkinci sətirdə boşluqlarla ayrılmış n
tam ədəd a[i]
verilir - massiv elementləri (1
<= a[i]
<= 10^9
).
Çıxış məlumatları
Massivin sıralanması üçün tətbiq edilməli olan minimal əməliyyat sayını göstərən yeganə ədəd çıxarın.