Səkkizlik kəsrlər
Səkkizlik say sistemində (əsası 8) kəsrlər asanlıqla onluq say sistemində verilə bilər. Belə ki, səkkizlik say sistemində verilmiş 0.75 ədədi onluq say sistemində 0.953125 (7/8 + 5/64) kimi təsvir edilir. Səkkizlik say sistemində verilmiş ədədin nöqtədən sonrakı bütün n rəqəmi onluq say sistemində onluq nöqtədən sonra 3N-dən çox olmayan onluq rəqəmlə verilə bilər.
0 və 1 arasında yerləşən səkkizlik ədədləri onluq say sisteminə çevirən proqramı tərtib etməli.
Giriş verilənləri
Girişdə hər bir sətirdə səkkizlik say sistemində ədədlər verilir. Hər bir giriş veriləni 0.d_1d_2d_3...d_k görünüşündədir, burada d_i səkkizlik say sistemində (0..7) rəqəmlərdir. K üçün heç bir məhdudiyyət yoxdur.
Çıxış verilənləri
Çıxış verilənləri növbəti sətirdən ibarət olmalıdır:
0.d_1d_2d_3...d_k [8] = 0.D_1D_2D_3...D_m [10]
burada bərabərliyin sol tərəfində səkkizlik say sistemində verilmiş ədəd, sağ tərəfində isə onun onluq say sistemində qarşılığıdır. İfadənin sonunda gərəksiz sıfırlar olmamalıdır, yəni. D_m ≠ 0.