Dron
XY koordinat müstəvisində (0, 0) nöqtəsindən hərəkətə başlayan dron hər saniyədə ya X ya da Y oxu boyunca 1 vahid hərəkət edir. Hərəkət hər iki ox üzrə iki istiqamətdə ola bilər. Hərəkət əmrləri bitdikdə dron özünü partladır. Dronun partladığı koordinatı müəyyən edin.
X oxu boyunca irəli hərəkət “>” işarəsi, geri hərəkət isə “<” işarəsi ilə göstərilir.
Y oxu boyunca irəli hərəkət “^” işarəsi, geri hərəkət isə “v” işarəsi ilə göstərilir.
Giriş verilənləri
Birinci sətirdə bir tam ədəd t (1 ≤ t ≤ 100) – testlərin sayı verilir.
Daha sonra t sayda testin hər birində yeganə sətirdə dronun hərəkətini göstərən bir string s (1 ≤ |s| ≤ 1000) verilir.
Burada |s| stringin uzunluğunu bildirir.
Çıxış verilənləri
Çıxışa hər bir test üçün yeni sətirdən iki tam ədəd, dronun partladığı koordinatın X və Y-ini verin.