Həbsxanadan qaçış
Silah ustası Prospero və gimnast Tibul xalqı Üç Şişman rejiminə qarşı qaldırdılar və insanları onun sarayını hücumla tutmaq göstərişini verdilər. Lakin qvardiyaçılar qiyamı yatırtmağa nail oldular, silah ustası Prospero həbs edildi və həbsxanaya salındı, Tibul isə qaçmaqla canını qurtardı. İndi gimnast öz dostunu necə xilas etmək barədə ətraflı fikirləşir. Prosperonun oturduğu kameraya şifrəli kilid quraşdırılıb. Kilidin şifrəsi hər biri 1-dən n-dək sərhədlərdə ola bilən üç ədədlə müəyyənləşir.
Xəbərçiyə düzgün şifrədəki üç ədədin cəminin sadə ədəd olduğunu öyrənmək müyəssər olub. Təbii ki, bu informasiya şifrəni dəqiq müəyyənləşdirmək üçün kifayət etməyə də bilər, lakin seçməni azalda bilər.
Tibula həbsxananın kamerasına girmək üçün bir-bir seçib baxmaq lazım olan üç ədədli kombinasiyaların sayını müəyyənləşdirən proqramı yazın.
Giriş verilənləri
n (1 ≤ n ≤ 10000) tam ədədi.
Çıxış verilənləri
Çıxışa 1-dən n-dək sərhədlərdə ola bilən və cəmi sadə ədəd olan üç ədəddən ibarət kombinasiyaların sayını verin.