CD-Birja
Kompyuter klubunda CD-disklərinin mübadiləsi üzrə birja fəaliyyət göstərir. Burada istənilən diski kataloqda olan disklə dəyişmək olar. Birbaşa mümkün olmasa, onda aralıq mübadilə ilə dəyişmək olar. Birjanın kataloqunda 1-dən N-dək nömrəsi olan N müxtəlif disk yerləşir. Kataloqdakı i-ci (i=1..N) diskə hər bir dəyişmə üçün əlavə 1 manat verməklə mübadiləsi mümkün olan disklərin nömrəli siyahısı göstərilmişdir.
Kifayət sayda disklərə malik olmaqla kataloqdakı K sayda disklərin hamısını almaq üçün ən az neçə manat əlavə pul ödəmək lazımdır?
Giriş verilənləri
Faylın birinci sətrində N və K-nın qiymətləri yazılır. Sonrakı N sayda sətrin hər birində hər bir i-ci diskin dəyişmə imkanları haqqında informasiyalar yerləşir.
Çıxış verilənləri
Çıxışa kataloqdakı bütün disklərin mübadiləsi üçün lazım olan ən az məbləğdə manatın miqdarını verin. Bütün ədədlər naturaldır və 100-dən böyük deyil.