Yeni il hədiyyələri - 2
Asan
Zaman limiti 1 saniyə-dir
Yaddaş məhdudiyyəti 64 meqabayt
Şaxta Baba konfetləri bağlamalara yerləşdirərkən 1-ci bağlamaya 1 konfet, 2-yə 2,..., N-yə N konfet qoydu. Qar Qız hər dəfə ixtiyari iki müxtəlif bağlamanın hər birinə bir konfet əlavə etməklə bütün hədiyyələrdə konfetlərin sayını bərabərləşdirə bilərmi?
Giriş verilənləri
Yeganə sətirdə natural N (3 <= N <=100000000) ədədi verilir.
Çıxış verilənləri
Yeganə ədəd - Qar Qızın bütün hədiyyələrdə konfetlərin sayını bərabərləşdirə bilməsi üçün etdiyi cəhdlərin sayı, əgər bunu etmək mümkün deyilsə çıxışa -1 verilir.
Nümunələr
Giriş #1
Çıxış #1
Təqdimatlar 966
Qəbul dərəcəsi 17%